Albaniya-Türkiyə Media Forumu

Forumda çıxış edən Türkiyənin Albaniyadakı səfiri Təyyar Kağan Atay iki ölkə arasında diplomatik əlaqələrin 100 ildir davam etdiyini bildirərək deyib ...

2094200
Albaniya-Türkiyə Media Forumu

 

  Albaniyanın paytaxtı Tiranada Yunus Əmrə İnstitutunun (YEE) koordinasiyası ilə Albaniya-Türkiyə Media Forumu keçirilib.

  Forumda çıxış edən Türkiyənin Albaniyadakı səfiri Təyyar Kağan Atay iki ölkə arasında diplomatik əlaqələrin 100 ildir davam etdiyini bildirərək deyib: "Biz Albaniya ilə diplomatik münasibətlərdə ikinci əsrə qədəm qoyduq və 2021-ci ildə bunu strateji tərəfdaşlıq səviyyəsinə qaldırdıq. 2022-ci ildə 1 milyard dollarlıq ticarət həcmini keçdik, indi hədəfimiz bunu 2 milyard dollara çatdırmaqdır.

  Albaniyada ortaq mədəni irsi Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi – TİKA-nın layihələri ilə bərpa etdik.

  200-dən çox alban tələbə Türkiyə Təqaüdləri (Türkiye Bursları) çərçivəsində Türkiyədə təhsil aldı.

  Maarif Fondunun (Maarif Vakfı) dünyada yeganə universiteti Albaniyadadır.

  Türkiyə Albaniyanın təbii müttəfiqidir. Biz Balkanların sabitliyinə açıq şəkildə töhfə verən iki ölkəyik. Münasibətlərimiz ikitərəfli, regional və beynəlxalq miqyasda ortaq tariximizə uyğun şəkildə davam edir".



Әlaqәli Xәbәrlәr