Türkiye Milli Təhlükəsizlik Şurasının iclası keçirilib

Türkiye Milli Təhlükəsizlik Şurası ölkənin qərarlı şəkildə həyata keçirdiyi milli təhlükəsizlik siyasətinin layihə kimi hazırlanmış terror təşkilatlarının layihə planları ilə pozula bilməyəcəyini vurğulayıb.

2093620

Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Prezident İqamətgahında keçirilən Milli Təhlükəsizlik Şurasının (MGK) iclasından sonra yekun bəyannamə yayımlanıb.

Bəyannaməyə görə, iclasda Türkiye əsrində milli təhlükəsizlik üçün mühüm əhəmiyyət kəsb edən siyasi, hərbi və iqtisadi inkişaflar Türkiye oxu çərçivəsində dəyərləndirilib, 2024-cü ildə qarşı-qarşıya qalması ehtimal olunan məsələlər və həyata keçiriləcək tədbirlər və bu çərçivədə görüləcək işlər müzakirə edilib.

Bəyannamədə PKK/KCK PYD/YPG, FETÖ və DEAŞ terror təşkilatları başda olmaqla milli birlik və həmrəylik ilə ölkənin mövcudluğuna yönəlmiş hər cür təhdid və təhlükələrə qarşı daxildə və xaricdə əzm, qətiyyət və müvəffəqiyyətlə həyata keçirilən əməliyyatlar barədə Şuraya məlumat verildiyi bildirilib.

Әlaqәli Xәbәrlәr