"Ankara F-16-ların Türkiyəyə tədarükünü gözləyir", R.T Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan "ABŞ-ın F-16-ların Ankaraya satışı ilə bağlı təsdiqini gözləyirik" deyib.

2093948
"Ankara F-16-ların Türkiyəyə tədarükünü gözləyir", R.T Ərdoğan

"ABŞ-ın F-16-ların Ankaraya satışı ilə bağlı təsdiqini gözləyirik".

Bu sözləri Prezident Rəcəb Tayyib Ərdoğan deyib.

"ABŞ Konqresindən gələcək cavab F-16-ların Türkiyeyə göndərilməsi prosesinə, eləcə də bütün təmir, texniki xidmət və əlaqədar proseslərə başlamağa imkan verəcək. Xarici işlər naziri Hakan Fidan bu prosesi yaxından izləyir. Atdığımız bu addım Türkiyenin mövqeyinin Qərb ölkələrinə göstərilməsi baxımından vacib idi", - deyə dövlət başçısı qeyd edib.

Qeyd edək ki, Türkiye Böyük Millət Məclisinin (TBMM) İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsindən sonra ABŞ prezidenti Co Bayden Konqresə müraciət edərək Ankaraya "F-16" satışını təsdiqləməyə çağırıb.

Xatırladaq ki, 2021-ci ilin oktyabrında Türkiye ABŞ-a 40 ədəd F-16 "Block 70" döyüş təyyarəsi və 79 modernizasiya dəstinin satın alınması üçün müraciət edib. ABŞ administrasiyası indiyə qədər verdiyi açıqlamalarda F-16-ların Türkiyeyə satışını dəstəklədiyini bildirsə də, Konqresə nə vaxt rəsmi bildiriş verəcəyi ilə bağlı dəqiq açıqlama verməyib.



Әlaqәli Xәbәrlәr