Son bir həftədə 82 terrorçu zərərsizləşdirilib

Son bir həftədə İraq və Suriyanın şimalında separatçı terror təşkilatı PKK-ya mənsub 82 terrorçu zərərsizləşdirilib.

2093400
Son bir həftədə 82 terrorçu zərərsizləşdirilib

Son bir həftədə İraq və Suriyanın şimalında separatçı terror təşkilatı PKK-ya mənsub 82 terrorçu zərərsizləşdirilib.

Türkiye Milli Müdafiə Nazirliyi terrorla mübarizə ilə bağlı son məlumatı paylaşıb.

Açıqlamada separatçı terror təşkilatı PKK-nın parçalanmasının davam etdiyi bildirilib:

“Son bir həftədə 82 terrorçu zərərsizləşdirilib, 2023-cü il yanvarın 1-dən etibarən zərərsizləşdirilən terrorçuların sayı 2478-ə çatıb”.

Açıqlamada bildirilib ki, üç PKK terrorçusu isə bu həftə Habur sərhəd-keçid məntəqəsinə təslim olub.

Terrorçuların yeganə çıxış yolu Türkiye ədalətinə təslim olmaqdır.

Nazirlik mənbələri ABŞ Prezidenti Co Baydenin F-16 qırıcılarının Türkiyeyə satışını təsdiqləmək üçün Konqresə yazdığı tövsiyə məktubunu da dəyərləndirib.

Mənbələr inkişafın müsbət qiymətləndirildiyini, lakin əsas vacib olanın rəsmi prosesin başlanması olduğunu qeyd edib.



Әlaqәli Xәbәrlәr