Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra terrorla mübarizə mövzusunda açıqlama verdi

Prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlama verib.

2089523
Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra terrorla mübarizə mövzusunda açıqlama verdi

“Biz təhlükəsizlik bölmələrimizə yanında, ətrafında və ya arxasında kimin olmasından asılı olmayaraq, aşkar etdikləri bütün terror ünsürlərini məhv etmələri üçün göstəriş vermişik".

Bunu Prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamada deyib.

Ərdoğan bildirib ki, Türkiye separatçı terror təhlükəsini mənbəyində qurutmaq istiqamətindəki qətiyyətli strategiyası ən çox bölgədə terror təşkilatı qurmağı planlaşdıranları narahat edir.

"Sərhədlərimizdən kənarda hərbi mövcudluğumuz həm ölkəmizin, həm də vətəndaşlarımızın təhlükəsizliyi üçün böyük əhəmiyyət kəsb edir. Türkiyə separatçı terror təhlükəsini mənbəyində qurudacaq. Ölkəmizin belə bir fəlakətlə üzləşməsinə icazə verə bilmərik. Nə qədər ki, imperialistlərin İraq və Suriyada “terror dövləti” yaratmaq planları masadadır, heç birimiz özümüzü təhlükəsiz hiss edə bilmərik”, -deyə dövlət başçısı qeyd edib.

Prezident Ərdoğan "Kimin nə deməsindən və hansı hədə-qorxu gəlməsindən asılı olmayaraq, yaxın aylarda mütləq bu istiqamətdə yeni addımlar atacağıq. Bu bölgədəki əməliyyatlarımız terrorun mənbəyi qəbul edilən İraqın şimalındakı dağların hər qarışında təhlükəsizlik təmin edilənə qədər davam edəcək" deyib.



Әlaqәli Xәbәrlәr