Hakan Fidan bu gün İordaniyaya rəsmi səfər edəcək

Hakan Fidan yanvarın 17-18-də İordaniyada bir sıra görüşlər keçirəcək.

2089855
Hakan Fidan bu gün İordaniyaya rəsmi səfər edəcək

Xarici işlər naziri Hakan Fidan bu gün İordaniyaya rəsmi səfər edəcək.

Diplomatik mənbələrdən alınan məlumata görə, nazir Fidan yanvarın 17-18-də İordaniyada bir sıra görüşlər keçirəcək.

Səfər çərçivəsində Fidan İordaniya Baş nazirinin müavini və xarici işlər naziri Ayman Safadi ilə görüşəcək və İordaniya Kralı II Abdullah tərəfindən qəbul ediləcək.

Görüşlərdə regional və beynəlxalq hadisələr, xüsusilə Fələstindəki mövcud vəziyyət, ikitərəfli münasibətlər ətrafında fikir mübadiləsi aparılacaq.



Әlaqәli Xәbәrlәr