2024-cü ilin ilk Nazirlər Kabinetinin iclası bu gün keçiriləcək

Nazirlər Kabinetinin iclası bu gün Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək.

2089022
2024-cü ilin ilk Nazirlər Kabinetinin iclası bu gün keçiriləcək

Nazirlər Kabinetinin iclası bu gün Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək.
Prezident İqamətgahında keçiriləcək iclasda Türkiyenin həyata keçirdiyi antiterror əməliyyatların gündəmə gələcəyi bildirilir. Bu çərçivədə İstanbulda keçirilən təhlükəsizlik şurasının iclasında qəbul edilən qərarların da müzakirə ediləcəyi qeyd olunub.
İclasda Suriya və İraqın şimalında və ölkə daxilində terror təşkilatı PKK-ya qarşı davam edən əməliyyatlar gündəmə gələcək.
İclasda həmçinin  İsrailin Fələstinə hücumları, Türkiyenin Qəzzada atəşkəsin əldə olunması üçün göstərdiyi diplomatik səylər və Qırmızı dənizdəki gərginlik məsələsi  müzakirə olunacaq.



Әlaqәli Xәbәrlәr