MİT Suriyada PKK/YPG-yə aid 23 hədəfi məhv edib

MİT Suriyada separatçı terror təşkilatı PKK/YPG-yə aid kritik infrastruktur obyektləri, nəzarət-buraxılış məntəqələri və sözdə hərbi məntəqələr də daxil olmaqla 23 hədəfi məhv edib.

2088536
MİT Suriyada PKK/YPG-yə aid 23 hədəfi məhv edib

Türkiye Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyada separatçı terror təşkilatı PKK/YPG-yə aid kritik infrastruktur obyektləri, nəzarət-buraxılış məntəqələri və sözdə hərbi məntəqələr də daxil olmaqla 23 hədəfi məhv edib.

MİT İraqda təhlükəsizlik qüvvələrinə hücumdan sonra Suriyada separatçı terror təşkilatı PKK/YPG-nin nəzarətində olan sözdə hərbi, kəşfiyyat, enerji/infrastruktur obyektləri və sursat kimi strateji hədəfləri, həmçinin təşkilatda məsul səviyyədə fəaliyyət göstərən insanları hədəfə alıb. 

MİT-in əməliyyatı ilə Suriyada separatçı terror təşkilatına aid cəmi 5 kritik infrastruktur obyekti, 3 nəzarət-buraxılış məntəqəsi, 8 sözdə hərbi məntəqə, 2 silah-sursat anbarı, 2 logistika anbarı, 2 texniki vasitə anbarı və tuneldə istifadə edilən bir vasitə olmaqla cəmi  23 hədəf məhv edilib.



Әlaqәli Xәbәrlәr