İraqın şimalında 9 Türkiyə əsgəri şəhid oldu

... Hücumdan sonra 12 yanvar gecə yarısı İraqın şimalında Metina, Hakurk Qara, Qəndil bölgələrində və Suriyanın şimalında terrorçuların hədəflərinə qarşı hava əməliyyatı keçirilib

2088174
İraqın şimalında 9 Türkiyə əsgəri şəhid oldu

 

  İraqın şimalında separatçı terror təşkilatı PKK üzvləri ilə qarşıdurmada 9 əsgər şəhid olub.

  “Pəncə-Kilid” əməliyyatı bölgəsində terrorçular tərəfindən baza bölgəsinə sızma cəhdi edilib. Baş verən qarşıdurmada 9 Türkiyə əsgəri şəhid olub, 4-ü yaralanıb. Yaralı əsgərlərin xəstəxanada müalicəsi davam edir.

  Hücumdan sonra 12 yanvar gecə yarısı İraqın şimalında Metina, Hakurk Qara, Qəndil bölgələrində və Suriyanın şimalında terrorçuların hədəflərinə qarşı hava əməliyyatı keçirilib. Əməliyyatlar zamanı PKK-nın istifadə etdiyi və “məsul terrorçular”ın olduğu hesab edilən mağaralar, bunkerlər, sığınacaqlar və neft obyektlərindən ibarət 29 hədəf məhv edilib. İlkin məlumata görə, 15 terrorçu zərərsizləşdirilib.

  Türkiyə Milli Müdafiə Nazirliyinin bəyanatında bildirilir: “Ölkəmizin və millətimizin yaşaması və təhlükəsizliyi üçün mübarizə son terrorçu zərərsizləşdirilənə qədər qətiyyət və əzmlə davam etdiriləcək”.



Әlaqәli Xәbәrlәr