Türkiyənin “İnterpol”la axtardığı iki nəfər Kosovoda ələ keçib

Kosovo polisindən verilən məlumatda deyilir ...

2086643
Türkiyənin “İnterpol”la axtardığı iki nəfər Kosovoda ələ keçib

 

  Kosovo polisi Türkiyənin Beynəlxalq Polis Təşkilatı (İnterpol) vasitəsilə axtardığı iki nəfəri saxladığını açıqlayıb.

  Kosovo polisindən verilən məlumatda deyilir: “FAST-Kosovo Qaçaqları Aktiv Axtarış İdarəsinin iki ayrı-ayrı rayonda həyata keçirdiyi əməliyyatlarda Türkiyənin “Qırmızı bülleten”lə axtardığı iki Türkiyə vətəndaşı ələ keçib.

  Tutulan adamlara 48 saatlıq həbs kəsilib. Hüquqi proses başa çatdıqdan sonra onlar Türkiyəyə ekstradisiyası olunacaq.

  Xatırladaq ki, Kosovo polisi 2023-cü ilin sentyabr, oktyabr və dekabr aylarında Türkiyənin “İnterpol” xətti ilə axtardığı daha üç nəfəri saxlamışdı.



Әlaqәli Xәbәrlәr