İbrahim Kalın:"Heç bir haqsız hərəkət cəzasız qalmayacaq''

Milli Kəşfiyyat Təşkilatının  rəhbəri İbrahim  Kalın Milli Kəşfiyyat Təşkilatının 97-ci ildönümü münasibətilə paytaxt Ankarada keçirilən tədbirdə çıxış edib.

2087099
İbrahim Kalın:"Heç bir haqsız hərəkət cəzasız qalmayacaq''

Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın deyib:
"Heç bir haqsız hərəkət cəzasız qalmayacaq. Dövlətə və xalqa qarşı edilən heç bir xəyanət cəzasız qalmayacaq". 
Milli Kəşfiyyat Təşkilatının  rəhbəri İbrahim  Kalın Milli Kəşfiyyat Təşkilatının 97-ci ildönümü münasibətilə paytaxt Ankarada keçirilən tədbirdə çıxış edib.
''Güclü Türkiyenin bölgə və dünya sülhü üçün vaz keçilməz olduğuna inanırıq”,-deyə İbrahim Kalın vurğulayıb.
“Biz vətənimizi quruda, dənizdə, havada, kosmosda və kiber dünyada qorumaq üçün strateji bütövlüklə hərəkət edirik” deyən İbrahim Kalın bildirib ki, heç bir haqsız hərəkət cəzasız qalmayacaq. Dövlətə və xalqa  qarşı edilən heç bir xəyanət cəzasız qalmayacaq.
Milli Kəşfiyyat Təşkilatının rəhbəri həmçinin deyib:“Türkiyenin kəşfiyyat nəzəriyyəsində söz sahibi olması məqsədilə Milli Kəşfiyyat Akademiyasının yaradıldığını elan etdiyim üçün xoşbəxtəm''.



Әlaqәli Xәbәrlәr