Türk Hava Yolları 2023-cü ildə rekord sayda sərnişin daşıdı

Aviaşirkətin dekabr ayında daşıdığı ümumi sərnişin sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 10,1 faiz artaraq 6,1 milyon nəfərə çatıb.

2085899
Türk Hava Yolları 2023-cü ildə rekord sayda sərnişin daşıdı

Türk Hava Yolları (THY) 2023-cü ildə 83,4 milyon sərnişin daşıyaraq rekorda imza atdı.
Aviaşirkətin dekabr ayında daşıdığı ümumi sərnişin sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 10,1 faiz artaraq 6,1 milyon nəfərə çatıb. THY-nin beynəlxalq doluluq nisbəti 80 faiz, daxili uçuşlarda doluluq nisbəti isə 78 faiz təşkil edib.
THY-nın keçən ilin yanvar-dekabr ayları arasında daşıdığı sərnişin sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 16,1 faiz artıraraq 83,4 milyona çatıb. Beləliklə aviaşirkət bütün zamanların rekorduna imza atıb.
Qeyd edək ki, THY-nin donanmasındakı təyyarələrin sayı 440-a yüksəlib.



Әlaqәli Xәbәrlәr