“Kimsə istəyir deyə …” R.T.Ərdoğan

Martın 31-də İstanbulda Haliç Konqres Mərkəzində keçiriləcək yerli seçkilərdə partiyasının Namizəd Tanıtma Toplantısında çıxış edən prezident Ərdoğan İsrailin Qəzzaya hücumlarına toxunaraq deyib ...

2085307
“Kimsə istəyir deyə …” R.T.Ərdoğan

 

  Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan Qəzzada daha çox qan tökməklə, can almaqla, uşaqları öldürməklə qalib gələcəyini düşünənlərin gec-tez ilahi ədalətlə qarşılaşacaqlarını söyləyib.

  Martın 31-də İstanbulda Haliç Konqres Mərkəzində keçiriləcək yerli seçkilərdə partiyasının Namizəd Tanıtma Toplantısında çıxış edən prezident Ərdoğan İsrailin Qəzzaya hücumlarına toxunaraq deyib: “İsrail zorakılığına məruz qalan qəzzalı bacı-qardaşlarımız üçün ürəyimizin dağlandığı bir dövrdəyik.

  İsrailin vəhşicəsinə hücumlarında şəhid olan 23 min fələstinliyə Allahdan rəhmət diləyirik.

  Daha çox qan tökməklə, uşaq öldürməklə, can almaqla abad olacaqlarını düşünənlər gec-tez ilahi ədalətlə üz-üzə gələcəklər. Bu prosesdə zalımların qanun qarşısında cavab verməsi üçün əlimizdən gələni edəcəyik. Kimsə istəyir deyə deyə arxamızı ​​məzlumlara çevirməyəcəyik. Fələstinli bacı-qardaşlarımızın yanında dim-dik duracağıq."

 



Әlaqәli Xәbәrlәr