Hakan Fidan iranlı həmkarına başsağlığı verib

H.Fidan İranın Kirman şəhərində törədilən terror aktında həyatını itirənlərə görə iranlı həmkarına başsağlığı verib.

2084451
Hakan Fidan iranlı həmkarına başsağlığı verib

Xarici işlər naziri Hakan Fidan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanla telefonla danışıb. 
H.Fidan İranın Kirman şəhərində törədilən terror aktında həyatını itirənlərə görə iranlı həmkarına başsağlığı verib.
Diplomatik mənbələrdən əldə edilən məlumata görə, xarici işlər naziri Hakan Fidan yanvarın 4-də İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə telefon danışığı aparıb.

Telefon danışığında İran prezidenti İbrahim Rəisinin sözügedən terror aktı ilə əlaqədar təxirə salınan və qarşıdakı dövrdə reallaşacaq səfəri də müzakirə edilib.

Qeyd edək ki, İran İnqilab Keşikçiləri Qvardiyası (Sepah) Qüds Qüvvələrinin komandanı Qasım Süleymaninin 2020-ci ilin yanvarında ABŞ-ın Bağdadda törətdiyi hücumda öldürülməsinin 4-cü ildönümü ilə bağlı anım mərasiminin keçirildiyi Kirman vilayətində, qəbiristanlığın yaxınlığında terror aktı törədilib.

Hücum nəticəsində 84 nəfər ölüb, 284 nəfər yaralanıb.



Әlaqәli Xәbәrlәr