Türkiye İranda törədilən terror aktlarını qınadı

Bu barədə Türkiye Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.

2083924
Türkiye İranda törədilən terror aktlarını qınadı

Türkiye İranda törədilən terror aktlarını pisləyib.

Türkiye Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada deyilir: ''Kirmanda həyata keçirilən terror aktları nəticəsində çox sayda insanın yaralandığına və həlak olduğuna dair xəbər bizi kədərləndirib. Bu xain terror aktını qınayır, dost və qardaş İran xalqına və hökumətinə başsağlığı verir, hücumda həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara şəfa diləyirik”. 
Qeyd edək ki, İranın Kirman əyalətində İnqilab Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin məzarı yaxınlığında törədilən iki partlayış nəticəsində 95 nəfər həyatını itirib.



Әlaqәli Xәbәrlәr