Ərdoğan irana başsağlığı verib

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan Kirman vilayətində baş verən partlayışlarla bağlı İrana başsağlığı verib.

2083877
Ərdoğan irana başsağlığı verib

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan İranın Kirman vilayətində baş verən partlayışlarla bağlı İrana başsağlığı verib.

Dövlət başçısı bu barədə öz rəsmi "X" sosial media hesabında paylaşım edib.

"İranın Kirman vilayətində törədilən dəhşətli terror aktları bizi dərindən kədərləndirdi. Hücumlarda həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara isə tezliklə şəfa diləyirəm. Dost və qardaş İran xalqına başsağlığı diləklərimi çatdırıram", - deyə o bildirib.

Qeyd edək ki, bu gün İranın cənub-şərqində Kirman vilayətində iranlı general Qasim Süleymaninin ildönümü ilə əlaqədar keçirilən yürüşdə iki ardıcıl partlayış baş verib. Hadisə nəticəsində indiyədək 70-dən çox nəfərin öldüyü, 141 nəfərin yaralandığı bildirilib.



Әlaqәli Xәbәrlәr