"İsrail əleyhinə müraciəti alqışlayırıq", Ö.Keçeli

Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli Cənubi Afrika Respublikasının İsrail əleyhinə Beynəlxalq Ədalət Məhkəməsinə müraciətini müsbət qarşıladıqlarını bildirib.

2083772

Sözcü Ö.Keçeli "X" sosial media platformasındakı paylaşımında bunları deyib:

“Cənubi Afrika Respublikasının 1948-ci il “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya” üzrə öhdəliklərin pozulması ilə bağlı İsrail əleyhinə Beynəlxalq Ədalət Məhkəməsinə müraciətini alqışlayırıq" deyib.

Keçeli açıqlamasında bunları da qeyd edib:

“İsrailin üç aya yaxındır Qəzzada əksəriyyəti qadın və uşaq olan 22 mindən çox dinc fələstinlini qətlə yetirməsi cəzasız qalmamalı və buna görə məsuliyyət daşıyanlar beynəlxalq hüquq qarşısında cavab verməlidirlər. Ümid edirik ki, proses yaxın zamanda yekunlaşacaq.

Eyni şəkildə, bu ərizəyə uyğun olaraq, Beynəlxalq Ədalət Məhkəməsinin İsrailə Qəzzaya hücumlarını dayandırmağı əmr edən müvəqqəti qərar verməsi gözlənilir. Türkiye bu qərarın icrasını da təqib edəcək”.

Әlaqәli Xәbәrlәr