Dünya mətbuatı “Köstəbək əməliyyatı”ndan yazır

Beynəlxalq media qurumları əməliyyatı öz manşetlərində işıqlandırıb

2083793
Dünya mətbuatı “Köstəbək əməliyyatı”ndan yazır

 

  Türkiyənin Milli Kəşfiyyat Təşkilatı – MİT və İstanbul Polisinin İsrailə işləyən casuslara qarşı həyata keçirdiyi əməliyyat dünyanın gündəmindədir.

  Beynəlxalq media qurumları əməliyyatı öz manşetlərində işıqlandırıb.

  Amerika Birləşmiş Ştatlarının aparıcı qəzetlərindən biri olan “Washington Post” MİT və İstanbul polisinin İsrailin xeyrinə casusluq edənlərə qarşı əməliyyatına geniş yer verib.

  “Ankara İsraili xəbərdar etmişdi ki, agentləri Türkiyə ərazisində əməliyyat keçirməyə cəhd edərlərsə, onu ciddi nəticələr gözləyir”.

  Casus əməliyyatı Fransanın aparıcı “Le Figaro” qəzetində “Türkiyə İsrail adına casusluqda şübhəli bilinən şəxsləri tutdu” başlığı ilə işlənib. Yazıda Türkiyənin daxili işlər naziri Əli Yerlikayanın əməliyyatın təfərrüatlarını əks etdirən sosial media paylaşımı da yer alıb.

  Almaniyanın “Frankfurter Allgemeine Zeitung” qəzeti xəbəri “Mossad”a qarşı əməliyyat” başlığı ilə verib: “Köstəbək əməliyyatı” çərçivəsində həyata keçirilən reydlər eyni vaxtda 8 əyalətdə həyata keçirilib”. Qəzet Türkiyənin İsraili casus əməliyyatı ilə bağlı xəbərdar etdiyini də xatırladıb.

  Rusiyanın TASS xəbər agentliyi də Türkiyənin İsrailə işləyən casuslara qarşı əməliyyat keçirdiyini yazıb: “Türkiyə İsrailə öz ərazisindəki casusluq fəaliyyətinin nəticələri barədə xəbərdarlıq etmişdi”.

  Qeyd edək ki, Türkiyənin 8 rayonunda İsrail adına casusluq etdiyi bildirilən, əksəriyyəti xarici ölkə vətəndaşı olan 34 şübhəli saxlanılıb.



Әlaqәli Xәbәrlәr