2023-cü ildə İstanbula gələn xarici turist sayı

İstanbul Mədəniyyət və Turizm idarəsinin məlumatlarına görə ...

2083171
2023-cü ildə İstanbula gələn xarici turist sayı

 

  2023-cü ilin ilk 11 ayında İstanbula gələn xarici turistlərin sayı bir əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9 faiz artaraq 16 milyon 51 min 324 olub.

  İstanbul Mədəniyyət və Turizm idarəsinin məlumatlarına görə, 2023-cü ilin yanvar-noyabr dövründə 16 milyon 51 min 324 xarici turist şəhərə gəlib.

  2022-ci ildə İstanbula 14 milyon 714 min 474 qonaq gəlibsə, 2023-cü ildə bu say 9 faiz artaraq 1 milyon 336 min 850 nəfər olub.

  Təkcə noyabr ayında meqaşəhərə 1 milyon 288 min 610 xarici turist gəlib.

  Dekabrda şəhərə çatan xarici qonaqlar arasında rusiyalılar 135 min 696 nəfərlə birinci yeri tutublar. Rusiyadan sonra Almaniya (89 min 810), İran (88 min 727), ABŞ (61 min 566), İngiltərə (51 min 371), Səudiyyə Ərəbistanı (48 min 403), Fransa (43 min 442), İtaliya (36 min 842), 30 min 214, Azərbaycan (27 min 113), İraq (26 min 369), Qazaxıstan (25 min 948), Hollandiya (24 min 474), Əlcızair (24 min 290), Çin (21 min 859), İspaniya (20 min 343), Hindistan (18 min 924), Runıniya (17 min 988) və Mərakeş (16 min 754) gəlir.



Әlaqәli Xәbәrlәr