MİT "Xəttab əl-Mühacir"i yaxaladı

MİT və Suriya Milli Ordusunun yerli təhlükəsizlik qüvvələrinin “Fərat Qalxanı” əməliyyatı bölgəsində keçirdiyi əməliyyat zamanı terrorçu Cündi sağ ələ keçirilib

2082743
MİT "Xəttab əl-Mühacir"i yaxaladı

 

  Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyanın Hələb şəhərində “Fərat qalxanı” və “Zeytun budağı” hərəkatı bölgələrində Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı hərəkətə keçməyə hazırlaşan terror təşkilatı “DEAŞ-ın məsulları”ndan biri Abdullah Cündini yaxalayıb.

  MİT DEAŞ-ın qondarma başçılarından olan, "Xəttab əl-Mühacir" kod adlı Abdullah Cündinin Suriyada Türkiyə təhlükəsizlik qüvvələrinə məxsus avtomobillərə hücum planlaşdırdığını müəyyən edib.

  MİT və Suriya Milli Ordusunun yerli təhlükəsizlik qüvvələrinin “Fərat Qalxanı” əməliyyatı bölgəsində keçirdiyi əməliyyat zamanı terrorçu Cündi sağ ələ keçirilib.

  Abdullah Cündi DEAŞ-ın “Fərat qalxanı” və “Zeytun budağı” hərəkatı bölgələrində Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı hərəkətə keçməyə hazırlaşdıqlarını etiraf edib.

  Terror təşkilatı DEAŞ üzvlərinin bu çərçivədə zaman-zaman kəşfiyyat fəaliyyətləri həyata keçirdiklərini paylaşan Cündi aksiya keçirməyə hazır olan təşkilat üzvləri haqqında da məlumat verib. Beləliklə, əməliyyatla DEAŞ-ın fəaliyyət planları ifşa edilib, təşkilatın fəaliyyəti pozulub və çox sayda rəqəmsal material ələ keçirilib.



Әlaqәli Xәbәrlәr