İstanbulda “Şəhidlərimizə rəhmət, Fələstinə dəstək, İsrailə lənət” yürüşü

Yürüş üçün Qalata körpüsündə on minlərlə insan toplaşmışdı

2082740
İstanbulda “Şəhidlərimizə rəhmət, Fələstinə dəstək, İsrailə lənət” yürüşü
istanbul filistin'e destek yuruyusu3.jpg
istanbul filistin'e destek yuruyusu2.jpg
istanbul filistin'e destek yuruyusu1.jpg
istanbul filistin'e destek yuruyusu.jpg

 

  İstanbulda yeni 2024-cü ilin ilk səhəri Türkiyədə 308 qeyri-hökumət təşkilatının (QHT) iştirakı ilə “Şəhidlərimizə rəhmət, Fələstinə dəstək, İsrailə lənət” yürüşü keçirilib.

  Yürüş üçün Qalata körpüsündə on minlərlə insan toplaşmışdı.

  Ayasofyayi-Kəbir Camiye-Şərifi, Eminönü Yeni Camii, Sultanəhməd Camii və Süleymaniyyə Camii məscidlərində qılınan səhər namazından sonra terror təşkilatı PKK tərəfindən şəhid olan əsgərlər və İsrailin hücumlarında həyatını itirən fələstinlilər üçün dualar edilib.

  Şəhərdəki 4 böyük məsciddə qılınan sübh namazından sonra iştirakçılar kortecin müşayiəti ilə Qalata körpüsünə yürüyüblər.

  Əllərində Türkiyə və Fələstin bayraqları daşıyan iştirakçılar “Şəhidlər ölməz, Vətən bölünməz”, “Əlbir xainlər, qatil İsrail cavab verəcək”, “Qatil İsrail, Fələstindən çıx”, “Qanımız, canımız Əqsaya fəda olsun”, “Həmas”a salam, dirənişə davam” şüarları səsləndiriblər.

  Türk, ərəb və ingilis dillərində lövhələr daşıyan qruplar tez-tez təkbir deyirdi.

  Qalata körpüsü ətrafında 200-ə yaxın balıqçı gəmisi də yürüşə dəstək verib.

  İstanbulda Fələstin üçün Yürüşə Türkiyənin gənclər və idman naziri Osman Aşkın Bak, səhiyyə naziri Fəxrəddin Koca, Türkiyə Böyük Millət Məclisinin sabiq sədri Mustafa Şentop, Ədalət və İnkişaf (AK) Partiyası Kayseri millət vəkili Hulusi Akar, AK Partiya Mersin millət vəkili Nurəddin Nəbati, AK Partiya İstanbul millət vəkili Süleyman Soylu, Elmi Yayma Fondu Mütəxəssislər Şurasının sədri və TÜGVA Yüksək Məsləhət Şurasının üzvü Bilal Ərdoğan, T3 Fondu Qəyyumlar Şurasının sədri Selçuk Bayraktar, TEKNOFEST İdarə Heyətinin sədri Baykar, AK Partiyanın İstanbul üzrə sədri Osman Nuri Kabaktepe və çox sayda millət vəkili, bələdiyyə sədri və siyasi partiya nümayəndələri qatılmışdı.

  Qalata körpüsündə platformalarda "ForFairFuture" yazılan etiketlər olduğu halda, ərazidə nəhəng ekranlar qurulub.



Әlaqәli Xәbәrlәr