MİT PKK/YPG-nin daha bir qondarma məsulunu zərərsizləşdirdi

MİT terrorçu Kolinin təşkilatın Suriyadakı “yüksək vəzifəli şəxs”lərindən biri olduğunu müəyyən edib

2081731
MİT PKK/YPG-nin daha bir qondarma məsulunu zərərsizləşdirdi

 

  Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyanın Qamışlı bölgəsində PKK/YPG-nin qondarma məsullarından olan Eymen Kolini əməliyyatla zərərsizləşdirib.

  MİT terrorçu Kolinin təşkilatın Suriyadakı “yüksək vəzifəli şəxs”lərindən biri olduğunu müəyyən edib.

  Alınan kəşfiyyat məlumatları ilə tez təqibə başlanılan terrorçu müvafiq şərait yaradıldıqdan sonra Qamışlıda uğurlu əməliyyatla zərərsizləşdirilib.

  Qeyd edək ki, Suriyanın Amude şəhərindən olan Eymen Koli sərhəd xəttində və “Sülh çeşməsi” əməliyyatı zamanı təhlükəsizlik qüvvələrinə qarşı aksiyalar təşkil edib və qarşıdurmalara qatılıb.



Әlaqәli Xәbәrlәr