“Türkiyə universitetlərinin qapıları üzünüzə açıqdır”, R.T.Ərdoğan

Paytaxt Ankaradakı Beştepe Milli Konqres və Mədəniyyət Mərkəzində keçirilən Türkiyə Elmi və Texniki Araşdırmalar Şurası (TÜBİTAK) və Türkiyə Elmlər Akademiyasının (TÜBA) Elm Mükafatları Mərasimində çıxışında R.T.Ərdoğan deyib ...

2081531
“Türkiyə universitetlərinin qapıları üzünüzə açıqdır”, R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzzada insan ləyaqətini müdafiə etdikləri üçün təzyiqlərə məruz qalan alimlərə “Türkiyə universitetlərinin qapıları üzünüzə açıqdır” deyə müraciət etdi.

  Paytaxt Ankaradakı Beştepe Milli Konqres və Mədəniyyət Mərkəzində keçirilən Türkiyə Elmi və Texniki Araşdırmalar Şurası (TÜBİTAK) və Türkiyə Elmlər Akademiyasının (TÜBA) Elm Mükafatları Mərasimində çıxışında R.T.Ərdoğan İsrailin Qəzzada törətdiyi qırğınlara münasibətini bir daha təkrarlayaraq deyib: “İsrailin Qəzzaya qarşı hücumlarında Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasından tutmuş Avropa İttifaqına və mətbuata qədər özünü “demokratiyanın həvariləri” kimi göstərən bütün qurumlar uğursuzluğa düçar oldu. Biz başa düşdük ki, böyük-böyük danışan və böyük büdcələr xərcləyən qurumlar İsrailin vəhşiliklərinə gəldikdə tamamilə boş şeylərdir.

  Oktyabrın 7-dən bəri işğal etdiyi Fələstin torpaqlarında qırğınlar törədən İsrail hökuməti Hitlerdən nə ilə fərqlənir? İsrailin baş naziri Binyamin Netanyahunun hərəkətlərində Hitlerlə müqayisədə nəsə qalıbmı? – Yox.  

  Təəssüf ki, təkcə beynəlxalq təşkilatlar deyil, Qərbin qabaqcıl universitetləri də Qəzzada iflas edib.   

  80 il əvvəlin nasist Almaniyasında olduğu kimi, bu gün Qəzzadakı zülmü “zülm” adlandırmağa cəsarət edən alimlər təzyiq və təhdidlərə məruz qalır. Mən Qəzzada insan ləyaqətini müdafiə etdikləri üçün zülmə uğrayan alimlərə səslənirəm: “Türkiyə universitetlərinin qapıları üzünüzə açıqdır”.



Әlaqәli Xәbәrlәr