Prezident Ərdoğan Aleksandr Vuçiç və Əbdülfəttah əs-Sisi ilə telefonla danışıb

Prezident Rəcəb Tayyib Ərdoğan Serbiya Prezidenti Aleksandr Vuçiçlə telefonla danışıb.

2079077
Prezident Ərdoğan Aleksandr Vuçiç və  Əbdülfəttah əs-Sisi ilə telefonla danışıb
erdogan-sisi.jpg

Prezident Rəcəb Tayyib Ərdoğan Serbiya Prezidenti Aleksandr Vuçiçlə telefonla danışıb.

Türkiye Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin məlumatına görə, prezident Ərdoğan Vuçiçi seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib.

Telefon söhbətində Türkiye-Serbiya münasibətləri, qlobal və regional məsələlər də müzakirə edilib.

Prezident Ərdoğan iki ölkə arasında güclü əlaqələr və əməkdaşlığın gələcək dövrdə də inkişaf edəcəyini bildirib.

Ərdoğanla Sisi arasında baş tutan telefon danışğında isə İsrailin Fələstin ərazisinə hücumları və Qəzzaya humanitar yardım çatdırma səyləri müzakirə edilib.

Görüşdə Ərdoğan İslam ölkələrinin birlik içində daimi atəşkəsin təmin edilməsi üçün başladılan səyləri davam etdirməsinin vacib olduğunu vurğulayıb.

Ərdoğan yenidən Misir prezidenti seçilən Sisiyə uğurlar arzulayıb və yeni dövrün Türkiye-Misir münasibətləri üçün faydalı olacağına ümid etdiyini bildirib.



Әlaqәli Xәbәrlәr