“Bayraktar TB3” havada qaldığı uzun uçuş testindən uğurla keçdi

“Baykar”dan verilən məlumata görə ...

2079289
“Bayraktar TB3” havada qaldığı uzun uçuş testindən uğurla keçdi

 

  “Baykar” tərəfindən milli və yerli olaraq inkişaf etdirilən silahlı pilotsuz uçuş aparatı olan “Bayraktar TB3” 32 saat havada qaldığı uzun uçuş testindən uğurla keçdi.

  “Baykar”dan verilən məlumata görə, 27 oktyabrda ilk uçuşunu etdikdən sonra ardıcıl testlərdən keçən, orta hündürlükdə sistem və dözümlülük performansının ölçüldüyü “Bayraktar TB3” SİHA-sının 13-cü uçuş sınağı həyata keçirilib.

  “Bayraktar TB3” sılahlı PUA-sı Tekirdağın Çorlu qəsəbəsindəki AKINCI Uçuş Tədris və Sınaq Mərkəzində keçirilən testdə orta hesabla 20 min fut yüksəklikdə 32 saat fasiləsiz olaraq havada qalıb.

  “Baykar” SİHA ailəsinin yeni rekordçusu “Bayraktar TB3” 32 saatlıq uçuşu zamanı səmada 5700 kilometr yol qət edib.

  Qeyd edək ki, sistem performansının orta hündürlükdə ölçüldüyü 12-ci uçuş testində 12 saat havada qalan “Bayraktar TB3” rekord qırmışdı.



Әlaqәli Xәbәrlәr