Türkiyənin vitse-prezidenti Azərbaycanda

Dekabrın 20-də Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ölkədə səfərdə olan Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmazın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

2079042
Türkiyənin vitse-prezidenti Azərbaycanda
cevdet yilmaz azerbaycan meclis baskani sahibe gafarova.jpg
cevdet yilmaz-azerbaycan basbakani ali asadov.jpg

 

  Dekabrın 20-də Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ölkədə səfərdə olan Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmazın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

  Azərbaycan parlamenti mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Milli Məclisin sədri dost və qardaş ölkələr arasında münasibətlərin Heydər Əliyevin "Bir millət, iki dövlət" prinsipi ilə inkişaf etdiyini diqqətə çatdırıb. Türkiyə-Azərbaycan münasibətlərinin dünyada bənzəri olmadığını vurğulayan Sahibə Qafarova hər iki dövlətin həm sevincli, həm də kədərli günlərdə bir-birinin yanında olduğunu qeyd edib. Bildirilib ki, İkinci Qarabağ müharibəsi və Türkiyədə baş vermiş dağıdıcı zəlzələ zamanı bir daha bunun şahidi olduq.

  Görüşdə ikitərəfli əlaqələrin inkişafında ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin müstəsna rolu qeyd olunaraq, bu mənada iki ölkə rəhbərlərinin qarşılıqlı səfərlərinin, beynəlxalq tədbirlər çərçivəsində görüşlərinin münasibətlərin bütün istiqamətlərdə inkişafına təkan verdiyi vurğulanıb.

  Qeyd olunub ki, Azərbaycanla Türkiyə arasındakı əlaqələrdə iqtisadi əməkdaşlıq məsələləri xüsusi əhəmiyyət kəsb edir.

  Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz da öz növbəsində qarşılıqlı səfərlərin intensivləşdirilməsinin əhəmiyyətini vurğulayıb, ölkələrimizin beynəlxalq təşkilatlarda, həmçinin Türk Dövlətləri Təşkilatında sıx əməkdaşlığından məmnunluğunu ifadə edib.

  Eyni zamanda, hazırda Qarabağda və Şərqi Zəngəzurda davam edən bərpa-quruculuq işlərində Azərbaycan və Türkiyənin əməkdaşlığı qeyd edilib.

  Görüşdə Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, Azərbaycan Milli Məclisinin deputatı Hikmət Məmmədov, Türkiyə-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri, Türkiyə millət vəkili Şamil Ayrım çıxış edərək iki ölkə arasında əlaqələrin bu günü və gələcəyi barədə fikirlərini bölüşüblər.



Әlaqәli Xәbәrlәr