Numan Kurtulmuş Küveytə başsağlığı verib

Türkiyi Böyük Millət Məclisinin sədri Kurtulmuş dünən Küveytə başsağlığı ziyarəti reallaşdırıb.

2078195
Numan Kurtulmuş Küveytə başsağlığı verib

Türkiye Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Küveytin yeni Əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah ilə görüşüb və Əmir Şeyx Nəvvaf əl-Əhmədin vəfatı ilə əlaqədar başsağlığı verib.

Türkiyi Böyük Millət Məclisinin sədri Kurtulmuş dünən Küveytə başsağlığı ziyarəti reallaşdırıb. 

N.Kurtulmuş Küveytin beynəlxalq hava limanında Küveytin yeni Əmiri Şeyx Məşəl ilə görüşərək Şeyx Nevvafın vəfatı ilə bağlı başsağlığı verib.

N.Kurtulmuş həmçinin Şeyx Nevvafın vəfatı ilə əlaqədar Küveyt xalqına da başsağlığı verib.

Türkiye Böyük Millət Məclisinin sədri Kurtulmuş sosial media hesabındakı paylaşımında deyib:

"Küveyt Əmiri Şeyx Nevvafın vəfatı ilə bağlı gəldiyimiz Küveytdə yeni Əmir Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabaha Prezidentimiz, şəxsim və millətimiz adından başsağlığı verdik. Dəyərli ailə üzvlərinə və qardaş Küveyt xalqına səbr diləklərimizi çatdırdıq. Allah mərhum Şeyx Nəvvafa rəhmət eləsin, Küveyt Dövlətinin yeni Əmiri Şeyx Məşələ böyük uğurlar arzulayırıq".



Әlaqәli Xәbәrlәr