Prezident Ərdoğan Mövlanə Cəlaləddin Ruminin anım mərasiminə mesaj göndərib

Ərdoğan Konya Mövlanə Mədəniyyət Mərkəzində keçirilən Həzrəti Mövlanənin 750-ci ildönümü ilə bağlı beynəlxalq anım mərasimlərinə mesaj göndərib.

2077775
Prezident Ərdoğan Mövlanə Cəlaləddin Ruminin anım mərasiminə mesaj göndərib

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiye olaraq İsrail rəhbərliyinin qanun və tarix qarşısında cavab verməsi üçün bütün mövcud mexanizmlərdən istifadə etməkdən çəkinməyəcəklərini bildirib.

Ərdoğan Konya Mövlanə Mədəniyyət Mərkəzində keçirilən Həzrəti Mövlanənin 750-ci ildönümü ilə bağlı beynəlxalq anım mərasimlərinə mesaj göndərib.

Ərdoğan böyük mütəfəkkir, mistik və könül sultanı Mövlanə Cəlaləddin Rumini rəhmətlə yad edib:

“Hikmət çeşməsindən süzülmüş Mövlanənin məsləhətinə hər zamankindən daha çox ehtiyac duyduğumuz günlərdən keçirik. Özlərini insan hüquq və azadlıqlarının müdafiəçisi kimi təqdim edən bəzi ölkələrin qeyd-şərtsiz dəstəyinə sahib olan İsrail rəhbərliyi, zülmünü davamlı olaraq artıraraq qan tökməyə, can almağa və uşaqları öldürməyə davam edir”.

“Həzrəti Mövlanənin yolu ilə dinindən, mənşəyindən, rəngindən və kimliyindən asılı olmayaraq məzlumların və qurbanların yanında olmağa davam edəcəyik” deyə dövlət başçısı qeyd edib.



Әlaqәli Xәbәrlәr