“Küveyt əmiri Türkiyə tərəfindən hər zaman sevgi ilə xatırlanacaq”, R.T.Ərdoğan

R.T.Ərdoğan İstanbulda keçirilən mükafatlandırma mərasimindəki çıxışında dekabrın 16-da dünyasını dəyişmiş Küveyt əmiri üçün başsağlığı verərək deyib ...

2077541
“Küveyt əmiri Türkiyə tərəfindən hər zaman sevgi ilə xatırlanacaq”, R.T.Ərdoğan

 

  Prezident Rəcəb Tayyib Ərdoğan Küveytin vəfat etmiş əmiri Şeyx Nəvvaf əl-Əhməd əl-Cabir əs-Sabahın Türkiyənin səmimi və etibarlı dostu kimi hər zaman sevgi ilə xatırlanacağını bildirib.

  R.T.Ərdoğan İstanbulda keçirilən mükafatlandırma mərasimindəki çıxışında dekabrın 16-da dünyasını dəyişmiş Küveyt əmiri üçün başsağlığı verərək deyib: "Vəfat xəbərini dərin hüznlə öyrəndiyimiz dəyərli qardaşım Küveyt Əmiri Şeyx Nəvvafa Allahdan rəhmət və bağışlanmasını diləyirəm. Dost və qardaş Küveyt xalqına millətim adından başsağlığı verirəm. Mərhum Şeyx Nəvvaf Türkiyənin səmimi və etibarlı dostu kimi hər zaman mehribanlıqla xatırlanacaq.

  Mən Küveytin yeni əmiri, qardaşım Şeyx Meşala Allahdan uğurlar diləyirəm".

 



Әlaqәli Xәbәrlәr