“Baykar”a növbəti medal

H.Bayraktar ölkələrinə verdiyi töhfələrə görə Azərbaycan, Ukrayna, Burkina Faso, Mali, Qırğızıstan və Kosovonın da müxtəlif medalları ilə təltif edilib...

2077539
“Baykar”a növbəti medal

 

  Türkiyənin “Baykar” texnologiya şirkətinin baş direktoru Haluk Bayraktar Efiopiyanın “Şərəf” medalı ilə təltif edilib.

  H.Bayraktar Efiopiya Hərbi Hava Qüvvələrinin potensialının artırılmasına və inkişafına verdiyi töhfələrə görə bu nüfuzlu medala layiq görülüb.

  Paytaxt Əddis Əbəbədə Efiopiya Hərbi Hava Qüvvələrinin 88-ci ildönümü münasibətilə keçirilən mərasimdə Haluk Bayraktara medal Efiopiyanın baş naziri Abiy Əhməd Əlinin iştirakı ilə Baş Qərargah rəisi, marşal Birhanu Jula və Hərbi Hava Qüvvələri komandanı, general-leytenant Yilma Merdasa tərəfindən təqdim olunub.

  H.Bayraktar ölkələrinə verdiyi töhfələrə görə Azərbaycan, Ukrayna, Burkina Faso, Mali, Qırğızıstan və Kosovonın da müxtəlif medalları ilə təltif edilib.



Әlaqәli Xәbәrlәr