“Süni intellekt qlobal ədalətsizliyi daha da dərinləşdirmə potensialına malikdir”, F.Altun

Paytaxt Ankarada keçirilən Mediada Süni İntellektin İdarə Edilməsi Forumunda çıxış edən F.Altun deyib ...

2076290
“Süni intellekt qlobal ədalətsizliyi daha da dərinləşdirmə potensialına malikdir”, F.Altun

 

  Türkiyə Prezident Aparatı İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Fəxrəddin Altun süni intellekt texnologiyasının media dünyasında reallığa çevrildiyini vurğulayıb.

  Paytaxt Ankarada keçirilən Mediada Süni İntellektin İdarə Edilməsi Forumunda çıxış edən F.Altun deyib: “Yeni dövr kommunikasiya və rəqəmsal əsrdir. Süni intellekt texnologiyalarının həqiqətə yönəlmiş istifadəsi üçün aktiv şəkildə çalışırıq.

  Süni intellekt qlobal ədalətsizliyi daha da dərinləşdirmə potensialına malikdir. İctimai və institusional nəzarət üçün lazımi hüquqi infrastrukturu yaratmağa çalışmışıq.

  Rəqəmsal media savadlılığı kontekstində atdığımız addımlardan biri dezinformasiya ilə mübarizədə qətiyyətli mövqeyimizdir.

  Dezinformasiya ilə mübarizə ilə bağlı yaratmağa çalışdığımız ictimai məlumatlandırma rəqəmsal media savadlılığına yeni və institusional ölçü gətirib."



Әlaqәli Xәbәrlәr