Türkiyə prezidenti “TRT World Forum 2023”dən dünyaya səsləndi

“TRT World Forum 2023”də iştirak və çıxış edən Ərdoğan 7 oktyabrdan bəri Yaxın Şərqdə davam edən qarşıdurmalarla bağlı bunları söyləyib ...

2074435
Türkiyə prezidenti “TRT World Forum 2023”dən dünyaya səsləndi

 

  Prezident Rəcəb Tayyib Ərdoğan “Türkiyə daha çox qan tökülməsinin, dağıntıların və göz yaşlarının qarşısını almaq üçün məsuliyyəti öz üzərinə götürməyə hazırdır” dedi.

  “TRT World Forum 2023”də iştirak və çıxış edən Ərdoğan 7 oktyabrdan bəri Yaxın Şərqdə davam edən qarşıdurmalarla bağlı bunları söyləyib: "Türkiyə daha çox qan tökülməsinin, dağıntıların və göz yaşlarının qarşısını almaq üçün məsuliyyəti öz üzərinə götürməyə hazırdır.

  Bu gün biz daha yaxşı başa düşürük ki, qlobal sülh və təhlükəsizliyin təmin edilməsinə cavabdeh olan beynəlxalq təşkilatların problemləri həll etmək imkanları yoxdur.

  Təəssüf ki, davamlı sülhün bədəlini itirilən hər günün hər anına görə odun üstünə yanacaq tökən qərblilər deyil, günahsızlar ödəyir.

  Qəzzada 70-dən çox media nümayəndəsi həlak olub. İctimaiyyət hardadır? Dünyanın o məşhur media orqanları hardadır? Niyə səslərini çıxarmırlar? Qlobal media kartelləri “Həmas”ı bəhanə edərək Qəzzada baş verən vəhşiliyi gözdən salmağa və jurnalistlərin qətliamını qanuniləşdirməyə çalışır.

  Bizim Anadolu Agentliyindən bir şəhidimiz var, yaralı qazi operatorumuz var. Harada? Qəzzada? Hər gün bir jurnalist öldürülür, amma bizə xalqın azadlığından danışan qurumların heç biri yoxdur.

  Bütün vəhşiliklərinə baxmayaraq, qəzzalıların müqavimət əzmini qıra bilməyən İsrail mediadakı təbliğat savaşını da uduzur. Hər cür riskdən keçərək Qəzzadan dünyaya həyati bir rabitə dəhlizi açan TRT, Anadolu Agentliyi və digər media qurumlarımızı təbrik edirəm. TRT qırıq səsləri duyurur və hadisələri çox əhatəli göstərmək vəzifəsini layiqincə yerinə yetirir.

  Netanyahu və onun tərəfdarları terrorizmi təşviq edən terrorçulardır və mütləq Haaqa Ədalət Məhkəməsində mühakimə olunacaqlar.

  İsrailin qəddarlığının qarşısını ala bilməsək, dünyanın heç bir yerində heç kim özünü əmin-amanlıqda hiss etməyəcək. Çünki bir dəfə pandoranın qutusu açıldı".



Әlaqәli Xәbәrlәr