“TRT World Forum 2023” öz işinə başlayır

Dünyanın ən nüfuzlu forumlarından biri olan “TRT World Forum 2023” öz işinə başlayır.

2075126
“TRT World Forum 2023” öz işinə başlayır

Dünyanın ən nüfuzlu forumlarından biri olan “TRT World Forum 2023” öz işinə başlayır.

Türkiye Radio və Televiziya Qurumunun (TRT) təşkilatçılığı ilə keçirilən “TRT World Forum 2023” bu gün və sabah İstanbulda “Birlikdə inkişaf etmək: Məsuliyyətlər, Fəaliyyətlər və Həll Yolları” mövzusunda təşkil edilir.
TRT-nin  məlumatına görə, bu günədək bir çox ölkədən 8500-dən çox qonağı və 651 məruzəçini bir araya gətirən tədbirdə bu il akademiklər, siyasətçilər, qeyri-hökumət təşkilatlarının nümayəndələri, beyin mərkəzlərinin ekspertləri, bürokratlar və jurnalistlərdən ibarət 153 fərqli məruzəçinin iştirakı ilə gündəmdəki aktual mövzular qiymətləndiriləcək.
Bu il 7-ci dəfə təşkil edilən TRT World Forum 2023 qlobal problemləri gündəmə gətirmək məqsədi daşıyır.
Qeyd edək ki, Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə açılış nitqi ilə çıxış edəcək.
Rəcəb Tayyib Ərdoğanın çıxışında dünya gündəmi ilə bağlı mühüm mesajlar verməsi gözlənilir.
Tədbirdə Türkiyenin vitse-prezidenti  Cevdet Yılmaz və bəzi nazirlərin mühüm mövzularla bağlı açıqlamalar verməsi də gözlənilir.
Forum çərçivəsində keçiriləcək  panel iclaslarda və dəyirmi masa görüşlərində yüzlərlə yerli və xarici akademik, bürokrat, jurnalist, siyasətçi və qeyri-hökumət təşkilatlarının nümayəndələri bir araya gələcək.

Tədbir çərçivəsində beynəlxalq təhlükəsizlik, enerji və iqlim, iqtisadiyyat, texnologiya, süni intellekt, media ilə ictimai yayım və siyasət kimi mövzular da gündəmə gələcək.



Әlaqәli Xәbәrlәr