Rəcəb Tayyib Ərdoğan Yunanıstan prezidenti ilə görüşüb

Prezident Rəcəb Tayyib Ərdoğan deyib:''V Yüksək Səviyyəli Strateji Şura Toplantımızın Türkiye ilə Yunanıstan arasında yeni bir dövrün güclənərək davam etməsinə səbəb olacağına inanıram''.

2073873
Rəcəb Tayyib Ərdoğan Yunanıstan prezidenti ilə görüşüb
erdoğan miçotakis.jpg

Prezident Rəcəb Tayyib Ərdoğan deyib:''V Yüksək Səviyyəli Strateji Şura Toplantımızın Türkiye ilə Yunanıstan arasında yeni bir dövrün güclənərək davam etməsinə səbəb olacağına inanıram''.
Türkiye-Yunanıstan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının V iclası çərçivəsində Yunanıstana rəsmi səfər edən Rəcəb Tayyib Ərdoğan bu ölkənin prezidenti Katerina Sakelaropulu tərəfindən Prezident İqamətgahında rəsmi mərasimlə qarşılanıb.
Prezident Rəcəb Tayyib Ərdoğan Sakelaropoulu ilə görüşdən əvvəl etdiyi çıxışında 6 ildən sonra Afinaya səfər etməkdən məmnunluğunu ifadə edib.
Rəcəb Tayyib Ərdoğan deyib: "Biz bu gün böyük nazir heyəti ilə buradayıq. Nazirlərimizin bir-biri ilə və həmsöhbətləri ilə çox mənalı görüşləri olacaq. Təbii ki, məqsəd aramızdakı ticarət həcmini 5,5 milyard dollardan 10 milyard dollara çatdırmaqdır. Biz bunu edəcəyik. Bununla bağlı hansı sahələrdə hansı addımlar ata biləcəyimizi müzakirə edirik. Bütün nazir dostlarımız ilkin hazırlıqları görüblər''.

Çıxışlardan sonra Ərdoğan və Sakelaropulu qapalı görüş keçirib.

Ərdoğan Afinada Yunanıstanın baş naziri Kiriakos Mitsotakisi də qəbul edib.



Әlaqәli Xәbәrlәr