“Qırmızı kateqoriya”da olanlar zərərsizləşdirildi

Türkiyə Milli Müdafiə Nazirliyindən verilən məlumatda bildirilir ...

2072323
“Qırmızı kateqoriya”da olanlar zərərsizləşdirildi

 

  İraqın şimalında separatçı terror təşkilatı PKK üzvü 5 terrorçu zərərsizləşdirilib.

  Türkiyə Milli Müdafiə Nazirliyindən verilən məlumatda bildirilir: "Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz terrorçu yuvalarını qətiyyətlə vurmağa davam edir.

  "Pəncə-Kilid" əməliyyatı bölgəsində aşkarlanan 5 PKK terrorçusu Hərbi Hava Qüvvələrimiz tərəfindən zərərsizləşdirilib.

  Türkiyə Silahlı Qüvvələrimiz son terrorçu zərərsizləşdirilənə qədər əməliyyatları əzmlə davam etdirəcək."

  Mardində də separatçı terror təşkilatı PKK üzvü olan, biri qırmızı kateqoriyada axtarılan iki terrorçu zərərsizləşdirilib. Belə ki, Mardinin Dargeçit qəsəbəsində terrorçuların olduğu güman edilən avtomobil aşkarlanıb. Onları silahlı pilotsuz uçuş aparatları (PUA) təqib edib. Avtomobil Dargeçit-Midyat şosesində yanacaqdoldurma məntəqəsində dayanıb. Terrorçular bölgəyə gedən təhlükəsizlik qüvvələrinə atəş açıb. Münaqişədən sonra qaça bilməyəcəklərini anlayan terrorçular özlərini partladıblar.

  Türkiyənin daxili işlər naziri Əli Yerlikaya zərərsizləşdirilən terrorçulardan Orxan Elmanın terrorla bağlı axtarışda olanlar siyahısında qırmızı kateqoriyada olduğunu açıqlayıb. O bildirib ki, terrorçu Elmanın 5 adamın şəhid olduğu, 12 nəfərin yaralandığı 4 ayrı aktla bağlı göstəriş verdiyi müəyyən edilib.

  PKK/YPG-nin Suriyanın Tel-Rıfat bölgəsindəki hücumlarında istifadə etdiyi pilotsuz uçuş aparatlarından məsul olan terrorçu Bager Öndeş də Suriyada zərərsizləşdirilib.

  “Akif Amed” kod adlı terrorçu Öndeş 2013-cü ildə terror təşkilatına qoşulub. PKK-nın İraq və Suriyada təhlükəsizlik qüvvələrinə qarşı etdiyi terror hücumlarında Öndeş Suriyanın Tel-Rıfat bölgəsində PKK/YPG-nin pilotsuz uçuş aparatı idarəçisi kimi fəaliyyət göstərib.

  Diyarbakır Respublika Baş Prokurorluğu tərəfindən "terror təşkilatına üzv olmaq" maddəsilə axtarışda olan Bager Öndeşi Milli Kəşfiyyat Təşkilatı (MİT) təqib edirdi. Terrorçu MİT-in Suriyada təşkil etdiyi əməliyyatla zərərsizləşdirilib.

 



Әlaqәli Xәbәrlәr