Türkiyə BMT-nin Somali ilə bağlı qərarını alqışladı

Türkiyə Xarici İşlər Nazirliyi BMT Təhlükəsizlik Şurasının Somaliyə silah embarqosunu ləğvetmə qərarı ilə bağlı yazılı açıqlama verib ...

2071869
Türkiyə BMT-nin Somali ilə bağlı qərarını alqışladı

 

  Türkiyə Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) 1992-ci ildən Somaliyə tətbiq etdiyi silah embarqosunu ləğv etmək qərarını alqışlayıb.

  Türkiyə Xarici İşlər Nazirliyi BMT Təhlükəsizlik Şurasının Somaliyə silah embarqosunu ləğvetmə qərarı ilə bağlı yazılı açıqlama verib: “BMT Təhlükəsizlik Şurasının 2 dekabrda keçirilən sessiyasında Somaliyə qarşı 1992-ci ildən qüvvədə olan silah embarqosunu ləğv edən qərarını alqışlayırıq. Ümid edirik ki, bu tarixi qərar Somalidə sülhün, firavanlığın və gələcəyə güclü ümidlərin çiçəklənəcəyi bir dövrün başlanğıcı olacaq.

  Türkiyə hər zaman olduğu kimi bu yeni dövrdə də Somali xalqının yanında olmağa və Somalini dəstəkləməyə davam edəcək”.

  Qeyd edək ki, dekabrın 2-də 15 üzvdən ibarət BMT Təhlükəsizlik Şurası Somaliyə silah embarqosunun ləğvi ilə bağlı qətnamə layihəsini səsə qoyub və layihə yekdilliklə qəbul olunub.



Әlaqәli Xәbәrlәr