“İsrailin ən böyük gücü bilirsinizmi nədir?” N.Kurtulmuş

İstanbulda verdiyi 2 dekabr açıqlamasında İsrailin Fələstinə hücumlarıyla bağlı N.Kurtulmuş deyib ...

2071882
“İsrailin ən böyük gücü bilirsinizmi nədir?” N.Kurtulmuş

 

  Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Ümumdünya İnsan Haqları Bəyannaməsini imzalayan və İsrail zülmünə səssiz qalan ölkələrin siyasətçilərinə reaksiya verib.

  İstanbulda verdiyi 2 dekabr açıqlamasında İsrailin Fələstinə hücumlarıyla bağlı N.Kurtulmuş deyib: “Üzümüzə gələn həftə Ümumdünya İnsan Haqları Bəyannaməsinin qəbul edilməsinin 75-ci ildönümüdür. Hanı bəs Ümumdünya İnsan Hüquqları Bəyannaməsi? Hər bir insanın bərabər hüquq və azadlıqlara malik olması haradadır? 75 il əvvəl o bəyannaməyə imza atan, bunun bir daha təkrarlanmayacağını deyən ölkələrin siyasətçiləri hanı? Bu gün uşaqları açıq şəkildə və bilərəkdən dünyanın gözü qarşısında öldürənlər, hər kəsin gözü önündə qətl törədənlər Ümumdünya İnsan Hüquqları Bəyannaməsi bir yana qalsın, insan olmaq keyfiyyətini belə itirmiş adamlardır. Təəssüf ki, bütün dəyərlər, demokratiya, hüquqlar, azadlıqlar - bunların hamısı zibil qutusuna atılıb”. 

  İsrailin Qəzzaya hücumu ilə İslam ölkələri üçün böyük dərsdir. Təəssüflə demək istəyirəm ki, İsrailin ən böyük gücü nə yüksək hərbi texnologiyası, nə Amerikaya dəstəyi, nə böyük təbliğat mexanizmi, nə də dünyanın bütün maliyyə gücünə malik olmasıdır. İsrailin ən böyük gücü İslam ölkələrinin səssizliyi və nizamsızlığı, qətiyyətsizliyi və təşəbbüslərinin olmamasıdır.

  Türkiyə olaraq üzərimizə düşən bir vəzifə də bu mövzuları İslam ölkələri başçıları ilə bölüşmək və humanitar cəbhənin paydaşlarına çevrilmələri üçün onların qətiyyətli mübarizəni ortaya qoymalarını təmin etməkdir”.



Әlaqәli Xәbәrlәr