Əli Yerlikaya: "Türkiye Qəzzaya humanitar yardımlarını davam etdirəcək"

Əli Yerlikaya ürək ağrıdan, tarixə soyqırım və böyük vəhşilik kimi düşən Qəzza işğalının qarşısının alınması üçün cəhd göstərməyə və Fələstin xalqına kömək etməyə davam edəcəklərini bildirib.

2070806
Əli Yerlikaya: "Türkiye Qəzzaya humanitar yardımlarını davam etdirəcək"

Daxili işlər naziri Əli Yerlikaya ürək ağrıdan, tarixə soyqırım və böyük vəhşilik kimi düşən Qəzza işğalının qarşısının alınması üçün cəhd göstərməyə və Fələstin xalqına kömək etməyə davam edəcəklərini bildirib.

Nazir Yerlikaya sosial media hesabından etdiyi paylaşımda Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) koordinasiyasında 13 oktyabr-22 noyabr tarixləri arasında biri Prezidentliyə, 11-i Milli Müdafiə Nazirliyinə aid 12 təyyarə və 2 gəmi ilə Fələstinə humanitar yardım göndərildiyini qeyd edib.

Nazir Yerlikaya, 63 personal ilə çatdırılan yardımlar arasında, 8 səhra xəstəxanası, 26 təcili yardım maşını, 215 tibbi ləvazimat, 2 UMKE maşını, bir yükqaldırıcı, 510 min ərzaq bağlaması, 234 ton içməli su, 18 min 860 ədyal, 7 min 400 yuxu kisəsi, 250 çadır, 50 min paltar, 300 ikiqat çarpayı, 896 generator və 70 min 660 gigiyena dəsti olduğunu bildirib.

Bundan əlavə, Mersin Limanında Bestekar adlı ikinci gəminin yükləmə prosesinin tamamlandığını bildirən Əli Yerlikaya gəminin Fələstin Xalqı ilə Beynəlxalq Həmrəylik Günündə Türkiye vaxtı ilə saat 12.30-da Misirə yola düşdüyünü, bu gün Əl-Ariş limanında olmasının planlaşdırıldığını deyib.

Nazir Yerlikaya "Biz vicdanları qanadan, tarixə soyqırım və böyük bir vəhşilik kimi düşən Qəzza işğalına "dur" deməyə, Fələstin xalqına kömək etməyə davam edəcəyik. Əlimiz hər zaman Qəzzanın, günahsız insanların üzərində olacaq" deyib.

Nazir Yerlikaya Qəzzadakı vəhşiliyə qarşı fələstinlilərin yanında olmağa və humanitar yardım çatdırmağa davam edəcəklərini vurğulayıb.



Әlaqәli Xәbәrlәr