Hakan Fidan Nyu-Yorkda görüşlər keçirib

Bu barədə Xarici İşlər Nazirliyinin rəsmi ''X'' səhifəsində edilən paylaşımda bildirilib.

2070695
Hakan Fidan Nyu-Yorkda görüşlər keçirib

Türkiyenin xarici işlər naziri Hakan Fidan və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ərəb Liqası tərəfindən yaradılmış Təmas Qrupuna üzv ölkələrin xarici işlər nazirləri Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) sədri Vanq Yi və BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşüblər. 
Bu barədə Xarici İşlər Nazirliyinin rəsmi ''X'' səhifəsində edilən paylaşımda bildirilib.
Paylaşımda qeyd olunub ki, nazir Hakan Fidan Nyu-Yorka etdiyi səfər çərçivəsində Təmas Qrupu üzvlərinin xarici işlər nazirləri, BMT Təhlükəsizlik Şurasının müvəqqəti sədri Vanq Yi və BMT-nin Baş katibi Antonio Quterreşlə görüşüb.

Görüş zamanı Qəzzada daimi atəşkəsin təmin edilməsi və bölgədə ədalətli və davamlı sülhün bərqərar olması üçün nələrin edilə biləcəyi müzakirə olunub.
Hakan Fidan BMT-nin Nyu-Yorkdakı binasında İƏT və Ərəb Liqasının təmas qrupu ilə mətbuat konfransı keçirib.
Təmas qrupunun beynəlxalq ictimaiyyətin hüquqi və əxlaqi öhdəliklərini yerinə yetirməsi üçün ciddi səylər göstərdiyini bildirən Hakan Fidan deyib: "Bunun çox əhəmiyyətli olduğunu düşünürəm, çünki mənəvi kompasımızı itirsək, insanlıq olaraq istiqamətimizi itirəcəyik" 
Hakan Fidan beynəlxalq ictimaiyyətin bütün sahələrdə, o cümlədən siyasi və humanitar sahədə lazımi səyləri göstərməli olduğunu vurğulayaraq deyib:"Təcili olaraq humanitar atəşkəsə ehtiyacımız var. Təcili olaraq humanitar yardıma ehtiyacımız var".
Eyni zamanda, İsrail-Fələstin probleminin altında yatan səbəblərin tez bir zamanda aradan qaldırılması lazım olduğuna diqqət çəkən Hakan Fidan iki dövlətli həllin əhəmiyyətinə toxundu.



Әlaqәli Xәbәrlәr