Fahrettin Koca: "Qəzzaya tibbi yardımlarımız davam edir"

Səhiyyə naziri Fahrettin Koca Qəzzaya səhiyyə yardımlarının davam etdiyini açıqlayıb.

2070179
Fahrettin Koca: "Qəzzaya tibbi yardımlarımız davam edir"

Səhiyyə naziri Fahrettin Koca Qəzzaya səhiyyə yardımlarının davam etdiyini açıqlayıb.

Fahrettin Koca sosial media hesabındakı paylaşımında Qəzzaya yardım daşıyan hərbi təyyarənin səhər saatlarında Kayseridən Misirin Əl-Ariş hava limanına göndərildiyini bildirib.

İçərisində inkubatorlar, anesteziya cihazları, yeni doğulmuşlar üçün ventilyatorlar, əməliyyat masaları, tavan lampaları və bir çox digər tibbi cihazların olduğu təyyarənin qayıdarkən əksəriyyəti uşaqlardan ibarət xəstə və onları müşayiət edənləri mülicə üçün Türkiyeyə gətirəcəyini ifadə edən nazir Koca aidiyyəti olan üç ölkə ilə koordinasiya işlərinin aparıldığını qeyd edib.

İndiyədək Türkiyedən Qəzzaya 11 təyyarə, bir gəmi, təxminən 700 ton humanitar yardım və tibbi ləvazimat, 8 səhra xəstəxanası və 20 təcili yardım maşını Əl-Arişə çatıb.



Әlaqәli Xәbәrlәr