F.Koca Qəzzadan çıxarılacaq xəstələrin Türkiyeyə gətirilməsi barədə açıqlama verib

Səhiyyə naziri Fahrettin Koca sabah Qəzzadan çıxarılacaq, əksəriyyəti uşaq olan bir qrup xəstənin Türkiyeyə gətirilməsi üçün səylərini davam etdirdiklərini açıqlayıb.

2069986

Nazir Koca sosial media hesabında qəzzalı xəstələr üçün aparılan işlərin cari vəziyyəti ilə bağlı məlumatları paylaşıb:

"Qəzzada olan qruplarımız bu gün səhər üç bölgədən ikisində işlərini tamamladı. Bu araşdırmaların nəticələrinə görə, səhra xəstəxanalarımızın hansı nöqtələrdə qurulacağına və səhiyyə xidmətlərinin infrastrukturunun təmin ediləcəyinə qərar verəcəyik. Digər tərəfdən sabah Qəzza keçid məntəqəsindən uşaqlar başda olmaqla daha bir qrup xəstə Türkiyeyə nəql ediləcək".

Әlaqәli Xәbәrlәr