"Karker Andok" zərərsizləşdirildi

O, təhlükəsizlik qüvvələri ilə qarşıdurma zamanı əlindən və gözündən yaralanıb

2069425
"Karker Andok" zərərsizləşdirildi

 

  Türkiyə Milli Kəşfiyyat Təşkilatı – MİT separatçı terror təşkilatı PKK/YPG-nin qondarma Aynularab (Kobani) zabiti, "Karker Andok" kod adlı Mutlu Kacarı Suriyada keçirdiyi əməliyyatla zərərsizləşdirib.

  Məlumata görə, 1997-ci ildə terror təşkilatına qoşulan və 2009-cu ildə İraqın Haftanin bölgəsində terror aktları törədən Kacar təhlükəsizlik qüvvələri ilə qarşıdurma zamanı əlindən və gözündən yaralanıb.

  Uzun müddətdir təhlükəsizlik qüvvələri tərəfindən təqib edilən və yeri Suriyada təsbit edilən Mutlu Kacar MİT-in təşkil etdiyi əməliyyatla zərərsizləşdirilib.



Әlaqәli Xәbәrlәr