Türkiyədən Əfqanıstana 19-cu “Xeyirxahlıq qatarı”
Türkiyənin Əfqanıstandakı səfiri və müşaviri Cenk Ünal Türkiyənin çətin günlərində Əfqanıstan xalqının yanında olduğunu və humanitar yardımların bundan sonra da davam edəcəyini bildirib ...
Türkiyədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının (QHT) dəstəyi ilə həyata keçirilən humanitar yardım materiallarını daşıyan 19-cu “Xeyirxahlıq qatarı” Türkmənistan Turqundi sərhəd qapısından Əfqanıstanın Herat vilayətinə çatıb.
Çadırlar, ədyallar, generatorlar, ərzaq, mətbəx və gigiyena ləvazimatları da daxil olmaqla 500 tondan çox humanitar yardım əsasən Heratın zəlzələdən zərər çəkmiş bölgələrinə və Pakistan-Əfqanıstan sərhədi boyunca Pakistandan repatriasiya edilmiş əfqan miqrantlara paylanacaq.
Türkiyənin Əfqanıstandakı səfiri və müşaviri Cenk Ünal Türkiyənin çətin günlərində Əfqanıstan xalqının yanında olduğunu və humanitar yardımların bundan sonra da davam edəcəyini bildirib.
Qeyd edək ki, 19-cu "Xeyirxahlıq qatarı" ilə Əfqanıstana aparılan humanitar yardım vəsaiti 8201 tona çatıb. Sözügedən yardım Əfqanıstanda minlərlə ailəyə paylanılıb.