"Biz bu zülm qarşısında susmayacağıq", F.Altun

Fahrettin Altun bu il üçüncü dəfə keçirilən Beynəlxalq Strateji Kommunikasiya Sammitində (Stratcom Summit'23) çıxış edib.

2068576
"Biz bu zülm qarşısında susmayacağıq", F.Altun

"İsrailin Qəzza zolağına qarşı vicdansız və ağılsız hücumları beynəlxalq sistemin böhranını qeydə alan çox ağrılı mənzərə təqdim edir".

Bunu Türkiye Prezident Administrasiyası Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun bu il üçüncü dəfə keçirilən Beynəlxalq Strateji Kommunikasiya Sammitində (Stratcom Summit'23) etdiyi çıxışda deyib. 

F.Altun Qəzzada 47 gündür baş verənlərin və İsrailin Qəzza zolağına qarşı vicdan və ağılsız hücumlarının beynəlxalq sistemin böhranını təsdiqləyən çox ağrılı mənzərə təqdim etdiyini ifadə edərək, “Hazırda bütün dünya ictimaiyyəti hibrid təhdidlərin və İsraildən gələn sistematik dezinformasiya siyasətinin hədəfindədir. İsrail sözün əsl mənasında faşist təbliğat metodu tətbiq edir. Bugünkü faşistlər dünənki faşist təbliğat üsullarını tam olaraq təkrarlayır, keçmişdə yəhudiləri qurban verənlər isə bu gün müsəlmanları qurban verməyə cəhd edirlər. Üstəlik, hazırda qurbanın özünü qınaması və bütün dünyanın da bu zülmə qarşı səssiz qalması gözlənilir. Biz bu zülmə qarşı susmayacağıq, gözlənildiyi kimi bu zülmü alqışlamayacağıq. Cənab Prezidentimizin rəhbərliyi altında var gücümüzlə, haqq və ədalət mübarizəsi ilə bu zülmə qarşı çıxacağıq və mübarizəmizi davam etdirəcəyik” deyib.



Әlaqәli Xәbәrlәr