MİT Suriyada qırmızı bülletenlə axtarışda olan terrorçunu zərərsizləşdirib

Qırmızı bülletenlə axtarışa verilən terror təşkilatı PKK/YPG-yə ağır silahların verilməsindən məsul olan Hayri Serhat kod adlı Fahrettin Tolun Suriyanın şimalındakı Rumeylanda zərərsizləşdirilib.

2067904
MİT Suriyada qırmızı bülletenlə axtarışda olan terrorçunu zərərsizləşdirib

Milli Kəşfiyyat Təşkilatı (MİT)  İnterpol tərəfindən qırmızı bülletenlə axtarışa verilən terror təşkilatı PKK/YPG-yə ağır silahların verilməsindən məsul olan Hayri Serhat kod adlı Fahrettin Tolun Suriyanın şimalındakı Rumeylanda zərərsizləşdirilib.

Təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, 1992-ci ildən bu yana Suriya, İran və İraqda terror təşkilatına ağır silahların tədarükü ilə məşğul olan terrorçu Tolun İnterpol tərəfindən qırmızı bülletenlə axtarışa verilib.

İğdır və Ərzurum Ağır Cinayət Məhkəmələri tərəfindən "Terror Təşkilatına Üzv Olma" cinayəti ilə bağlı qeydlərin olduğuı təsbit edilən terrorçu Tolun Suriyanın şimalında Rumeylanda MİT-in keçirdiyi əməliyyatla zərərsizləşdirilib.



Әlaqәli Xәbәrlәr