Ərdoğan Əlcəzairə səfər edəcək

Ərdoğan Türkiye-Əlcəzair Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının II Toplantısında iştirak etmək üçün bu gün Əlcəzairə rəsmi səfər edəcək.

2066616
Ərdoğan Əlcəzairə səfər edəcək

Prezident Rəcəb Tayyib Ərdoğan Əlcəzair Demokratik Xalq Cümhuriyyətinin sədri Əbdülməcid Tebbunun dəvəti ilə Türkiye-Əlcəzair Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının II Toplantısında iştirak etmək üçün bu gün Əlcəzairə rəsmi səfər edəcək.

Bu barədə Türkiye Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsindən bildirilib.

Açıqlamada qeyd olunub ki, şura iclası paytaxt Əlcəzairdə, iki prezidentin sədrliyi və əlaqədar nazirlərin iştirakı ilə keçiriləcək.

Görüş çərçivəsində aparılacaq müzakirələr zamanı son vaxtlar ciddi sürət qazanan Türkiye-Əlcəzair əlaqələrinin bütün aspektləri nəzərdən keçiriləcək və iki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün atılacaq addımların müzakirə olunacağı bildirilib.

Görüşlərdə ikitərəfli əlaqələrlə yanaşı, regional və qlobal məsələlər, xüsusilə də İsrailin Qəzzaya və işğal olunmuş Fələstin torpaqlarına hücumları ətrafında fikir mübadiləsi aparılacaq.

Şura toplantısı zamanı Türkiye-Əlcəzair əlaqələrinin daha əvvəl qəbul edilmiş müqavilə əsaslarına əhəmiyyətli töhfələr verəcək müxtəlif saziş və anlaşma memorandumlarının imzalanması da nəzərdə tutulur.



Әlaqәli Xәbәrlәr