Ərdoğan: "İlin əvvəlindən indiyədək 2 min terrorçu zərərsizləşdirilib"

Prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlama verib.

2066619
Ərdoğan: "İlin əvvəlindən indiyədək 2 min terrorçu zərərsizləşdirilib"

"İlin əvvəlindən indiyədək bəziləri qondarma lider səviyyəsində olmaqla təxminən 2 min terrorçunu zərərsizləşdirdik. Gecə qəfil gələ biləcəyimiz xəbərdarlığımız dünən olduğu kimi, bu gün də qüvvədədir".

Bunu Prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlamasında deyib.

“Terrorçular tökdükləri hər damla qana görə cavab verəcəklər. Son terrorçu məhv olana qədər sərhədlərimiz daxilində və xaricində bu mübarizəni davam etdirəcəyik. Onlar ölkəmiz üçün təhlükə mənbəyidir”,- deyə dövlət başçısı vurğulayıb.

Dövlət başçısı İsralin Qəzzaya hücumlarına da toxunaraq deyib:

"İsrail qadınları, uşaqları, qocaları, körpələri və yaralıları hədəf alır. Bu, barbarlıq və dövlət terrorudur. Dünya İsrailin xəstəxanalara hücumunu izləməyə davam edir.

"Türkiye olaraq Qəzzada axan qanı dayandırmaq üçün səfərbər olduğumuz bir vaxtda, Qərb ölkələrinin vicdansızlığını utancla izləyirik. Holokostun rüsvayçılığı Avropa liderlərini əsir etdi. İsrailin nə qədər çalışsa da, antisemit adlandıra bilməyəcəyi yeganə ölkə Türkiyedir. “Türkiyenin keçmişində belə bir utanc ləkəsi görə bilməzsiniz" .



Әlaqәli Xәbәrlәr