"Pəncə-Kilid" əməliyyatı bölgəsində daha 5 terrorçu zərərsizləşdirilib

Noyabrın 20-də bölgədə zərərsizləşdirilən terrorçuların sayı 10-a yüksəlib.

2066618
"Pəncə-Kilid" əməliyyatı bölgəsində daha 5 terrorçu zərərsizləşdirilib

"Pəncə-Kilid" əməliyyatı bölgəsində daha 5 terrorçu zərərsizləşdirilib

Bununla da noyabrın 20-də bölgədə zərərsizləşdirilən terrorçuların sayı 10-a yüksəlib.
Milli Müdafiə Nazirliyindən verilən açıqlamada deyilib:

"İraqın şimalında "Pəncə-Kilid" əməliyyatı bölgəsində qəhrəman silahdaşımız piyada leytenant Abdullah Köseni şəhid edən PKK terrorçularına qarşı əməliyyatlarımız güclü şəkildə davam edir. Şəhidimizin qanını yerdə qoymayan qəhrəman Mehmetcik, bölgədə daha 5 terrorçunu zərərsizləşdirdi. Bununla da zərərsizləşdirilən terrorçu sayı 10-a yüksəldi. Şəhidimizə Allahdan bir daha rəhmət, kədərli ailəsinə, Türkiye Silahlı Qüvvələrinə və nəcib millətimizə başsağlığı və səbr diləyirik".



Әlaqәli Xәbәrlәr