İstanbula ilin ilk qarı yağdı

Qar əsasən Ümraniye, Beykoz, Çekmeköy, Üsküdar ve Kartal bölgələrinin yüksək hissələrində daha çox düşüb.

2066017
İstanbula ilin ilk qarı yağdı

Noyabrın 19-da İstanbulun bəzi rayonlarına ilin ilk qarı yağıb.

Türkiyenin bəzi bölgələrində anidən dəyişən hava şəraiti səbəbindən İstanbulda temperatur mənfi düşüb. Artıq iki gündür şəhərdə yağan leysan və güclü küləyin ardından, gecə saatlarından etibarən qar yağmağa başlayıb. Qar əsasən Ümraniye, Beykoz, Çekmeköy, Üsküdar ve Kartal bölgələrinin yüksək hissələrində daha çox düşüb.

Ümumiyyətlə, Türkiyenin əksər bölgələrinə yağan qar bəzi çətinliklərə də səbəb olub. Belə ki, bəzi bölgələrdə yollar buz bağlayıb, avtomobillərin görüş məsafəsi 30 metrədək azalıb.



Әlaqәli Xәbәrlәr