Ö.Çelik və F.Altun "TRT Haber" kanalının əməkdaşlarının hücuma məruz qalmasını qınayıb

Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sözçüsü Ömər Çelik İsrail polisinin Qüdsdə "TRT Haber" telekanalının komandasına hücumu ilə bağlı açıqlama verib.

2065727
Ö.Çelik və F.Altun "TRT Haber" kanalının əməkdaşlarının hücuma məruz qalmasını qınayıb

“İsrail polisinin Fələstində baş verənləri dünyaya çatdıran "TRT Haber" kanalının komandasına qarşı təcavüzünü şiddətlə qınayırıq".
Bunu Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sözçüsü Ömər Çelik İsrail polisinin Qüdsdə "TRT Haber" telekanalının komandasına hücumu ilə bağlı deyib.
"Fələstində baş verən insani faciəsini dünya ictimaiyyətinə çatdırmaq və çirkin dezinformasiyanı aradan qaldırmaq üçün mübarizə aparan TRT komandasını və bütün mətbuat mənsublarımızı təbrik edirik. İsrail hakimiyyətinin mətbuata qəzəblənməsi onların öz əməllərinə görə günahkarlıq hissini əks etdirir. Biz İsrailin insanlığa qarşı cinayətlərini sənədləşdirməyə və beynəlxalq platformaya çıxarmağa davam edirik" -deyə Ö.Çelik bildirib.  

Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun isə "X" sosial media hesabından etdiyi paylaşımda İsrail polisinin Qüdsdə bölgədəki hadisələri işıqlandıran "TRT Haber" komandasına fiziki hücumunu qınayıb.

F.Altun paylaşımında deyib: “İsrail əsgərlərindən tutmuş polisinə qədər bütün silahlı elementləri ilə beynəlxalq hüququ pozmağa davam edir və hər hansı qayda və prinsiplərə məhəl qoymur.

İsrail polisinin Qüdsdə "TRT Haber" komandasına hücumunu pisləyir, komandanın işçilərinə keçmiş olsun diləklərimi çatdırıram. Şübhəsiz ki, bu çirkin hücum İsrailin mətbuat azadlığı rekorduna yeni biabırçılıq əlavə edib.

Beynəlxalq ictimaiyyətin körpələri, qadınları, qocaları, əlilləri və jurnalistləri qətlə yetirməyə davam edən, mətbuat mənsublarının öz vəzifələrini yerinə yetirməsinə mane olan İsrailə qarşı daha çox səs ucaltmağa çağırışımızı təkrar edirəm”.

Qeyd edək ki, İsrail qüvvələrinin cümə namazından əvvəl Əqsaya gedən fələstinlilərə qarşı maneə törətdiyini və güc tətbiq etdiyini xəbər verən "TRT Haber" komandası İsrail polisinin hücumuna məruz qalıb.



Әlaqәli Xәbәrlәr